01:40 26.09.2026
İran ABŞ-a 7 günlük plan təklif edib
31
İran ABŞ-ə hərbi əməliyyatların dayandırılması, Hörmüz boğazının açılması və daha sonra nüvə proqramı ilə bağlı genişmiqyaslı danışıqlara başlanmasını nəzərdə tutan 7 günlük plan təqdim edib.
Crossmedia.az xəbər verir ki, “The New York Times” bu barədə məlumat yayıb.
İranın xarici işlər naziri Abbas Əraqçi BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Nyu-Yorkda keçirdiyi brifinqdə bildirib ki, təklif ABŞ-ə vasitəçilər üzərindən çatdırılıb.
Əraqçinin sözlərinə görə, müəyyən şərtlərin yerinə yetirilməsi halında Hörmüz boğazı yeddinci günün sonunda gəmiçilik üçün açılacaq və nüvə danışıqları bərpa ediləcək.