İzmirdə partlayışla bağlı 6 nəfər saxlanılıb
Türkiyənin İzmir vilayətinin Aliağa rayonunda yerləşən “HABAŞ” Dəmir-Polad Zavodunda baş verən və 16 nəfərin həyatına son qoyan partlayışla bağlı 6 şübhəli şəxs saxlanılıb.
Crossmedia.az xəbər verir ki, “TRT Haber” bu barədə məlumat yayıb.
Hadisə ilə bağlı dərhal cinayət işi başlanılıb. İlkin araşdırmalar nəticəsində hadisədə təqsiri olduğu müəyyən edilən 6 şübhəli saxlanılıb.
Hazırda faktla bağlı istintaq davam etdirilir.
22:54 09.11.2026
Oxunuş sayı: 52