Türkiyədə zavodda partlayış və yanğın: 6 nəfər ölüb
Türkiyənin İzmir vilayətinin Əliağa rayonunda HABAŞ şirkətinə məxsus karbon qazı doldurma müəssisəsində baş verən partlayış və ardınca yaranan yanğın nəticəsində 6 nəfər həyatını itirib.
Crossmedia.az xəbər verir ki, Türkiyə mətbuatı bu barədə məlumat yayıb.
Hadisə yerinə çoxsaylı yanğınsöndürmə və xilasetmə qrupları cəlb olunub.
Hadisənin şahidləri partlayışın güclü sarsıntı yaratdığını bildiriblər. Onlardan biri baş verənləri belə təsvir edib: “Əvvəlcə zəlzələ olduğunu düşündük”.
Partlayışın səbəbləri ilə bağlı məlumat verilməyib.
17:27 09.11.2026
Oxunuş sayı: 38