Rusiya COP31-də BRICS üçün ayrıca müzakirə qrupu yaradılmasını istəyir
Rusiya Türkiyədə keçiriləcək COP31 iqlim konfransı çərçivəsində BRICS ölkələri üçün BMT-nin iqlim danışıqlarında ayrıca müzakirə qrupunun yaradılmasını təklif edir.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov açıqlama verib.
Nazir BRICS ölkələrinin iqlim danışıqları sahəsində əməkdaşlığı gücləndirmək niyyətində olduqlarını bildirib.
“BMT-nin iqlim danışıqları çərçivəsində ayrıca BRICS müzakirə qrupunun yaradılması növbəti addım olmalıdır”, – deyə Reşetnikov qeyd edib.
17:23 09.11.2026
Oxunuş sayı: 33