AI vasitəsilə şirkət rəhbərlərinin səslərini təqlid etdilər – 129 milyon dollarlıq dələduzluq
Üç nəfər süni intellekt vasitəsilə şirkət rəhbərlərinin və hüquqşünasların səslərini təqlid edərək müəssisələrə 129 milyon dollardan çox ziyan vurmaqda ittiham olunur.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Prokurorların bildirdiyinə görə, İspaniya və Böyük Britaniyada saxlanılan şəxslər generativ süni intellektdən istifadə edərək şirkət rəhbərlərinin səsini klonlayıblar. Onlar əməkdaşları rəhbərlik və hüquqşünaslarla danışdıqlarına inandıraraq pul vəsaitlərini göstərilən bank hesablarına köçürməyə sövq ediblər.
16:23 09.11.2026
Oxunuş sayı: 36