Almaniyada 1 avroluq dönər aksiyası qarşıdurma ilə nəticələnib
Almaniyada yeni açılan dönərxanada təşkil olunan 1 avroluq dönər kampaniyası izdiham və polislə qarşıdurmaya səbəb olub.
Crossmedia.az xəbər verir ki, bu barədə “TASS” agentliyi məlumat yayıb.
Məlumata görə, dönərxananın sahibi açılış günü dönər-kababın cəmi 1 avroya satılacağını elan edib. Aksiyadan xəbər tutan təxminən 300 nəfər obyektin qarşısına toplaşıb.
Məkan açıldıqdan sonra izdiham içəri daxil olmaq üçün qapılara hücum edib. Polis patrulu əlavə qüvvələr çağırıb və yalnız bundan sonra vəziyyəti nəzarətə götürmək mümkün olub.
14:42 09.11.2026
Oxunuş sayı: 49