İran müharibə zamanı zədələnən neft obyektlərinin 80 faizini bərpa edib
İran ABŞ və İsrail ilə müharibə zamanı zərər görən neft obyektlərinin və anbarlarının təxminən 80 faizini bərpa edib.
Crossmedia.az xəbər verir ki, bu barədə İranın Neft Mühəndisliyi və Tikinti Şirkətinin rəhbəri Məhəmməd Meşkinfam açıqlama verib.
Onun sözlərinə görə, neftin nəqli üçün istifadə olunan infrastrukturun təxminən 60 faizi bərpa edilib. Təmir işlərinin noyabrın 21-dək tam başa çatdırılması planlaşdırılır.
Beləliklə, Tehran rəsmilərinin açıqlamalarına əsasən, hərbi zərbələrin nəticələri tədricən aradan qaldırılır.
13:28 09.11.2026
Oxunuş sayı: 44