İmişlidə ağır qəza: 2 nəfər ölüb
İmişli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Crossmedia.az xəbər verir ki, "Kia" markalı minik avtomobili yük avtomobilinin qoşqusuna çırpılıb.
Avtoqəza nəticəsində 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb. Hadisənin təfərrüatları dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.(Report)
11:35 09.11.2026
Oxunuş sayı: 36