Əraqçı: ABŞ-lə danışıqlarda irəliləyiş yoxdur
İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ-lə təmaslarda müharibənin dayandırılması istiqamətində heç bir irəliləyiş əldə olunmadığını bildirib.
Crossmedia.az xəbər verir ki, “Anadolu” bu barədə məlumat yayıb.
Əraqçının sözlərinə görə, bunun əsas səbəbi ABŞ-də keçirilən seçkilərin nəticələridir.
O qeyd edib ki, vəziyyətin sabitləşməsi və vasitəçilərin səfərlərini davam etdirə bilməsi üçün müəyyən vaxtın keçməsi, eləcə də uyğun şəraitin yaranması lazımdır.
10:06 09.11.2026
Oxunuş sayı: 53