Tramp kütləvi əfv qərarları verəcək
ABŞ Prezidenti Donald Tramp prezidentlik müddətinin sonunda çoxsaylı əfv qərarları imzalayacağını açıqlayıb.
Crossmedia.az xəbər verir ki, “CBS News” bu barədə məlumat yayıb.
Tramp müsahibəsində bildirib ki, hətta Ağ Evin Oval kabinetinə min mil məsafəyədək yaxınlaşan şəxslərin də əfv olunmasını nəzərdə tutur.
O, bu addımı ölkəyə xidmət edən və administrasiyasında çalışan şəxslərin gələcəkdə hüquqi təqiblərlə üzləşməməsi istəyi ilə əsaslandırıb.
09:51 09.11.2026
Oxunuş sayı: 54