Kopırkin: Ermənistan üçün dəmir yolu konsessiyası əlverişli şərtlərlə bağlanıb
Rusiya ilə Ermənistan arasında dəmir yollarının idarə olunmasına dair konsessiya müqaviləsi İrəvan üçün olduqca əlverişli şərtləri nəzərdə tutur.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin İctimai Radiyoya müsahibəsində bildirib.
Diplomat Rusiya Dəmir Yolları şirkətinin rəhbərinin Nikol Paşinyanla görüşündə iştirak etdiyini və konsessiyanın fəaliyyətinə dair təqdim olunan təhlilin onda müsbət təəssürat yaratdığını deyib.
Kopırkin xüsusilə konsessiyanın səmərəlilik göstəricilərinin regionun digər ölkələrinin və daha geniş coğrafiyanın dəmir yolları ilə müqayisəsinin diqqətini çəkdiyini bildirib.
Onun sözlərinə görə, konsessiya müqaviləsi Ermənistan tərəfi üçün son dərəcə əlverişli, hətta bənzərsiz şərtlərlə hazırlanıb.
Səfir əlavə edib ki, yaxın üç ay ərzində birgə işçi komissiya Ermənistan tərəfini maraqlandıran məsələlərə, o cümlədən nəqliyyat və logistika sahələrinə dair suallara cavab tapmalıdır.
22:14 08.11.2026
Oxunuş sayı: 86