Zakir Həsənov koronavirus olub
Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov koronavirus infeksiyasına yoluxub.
Crossmedia.az xəbər verir ki, bu səbəbdən Türkiyə nümayəndə heyəti ilə görüşdə Azərbaycan Müdafiə Nazirliyini nazirin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev təmsil edib.
Prezident İlham Əliyev bu barədə Şuşada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlar zamanı məlumat verib. Görüş Türkiyə Prezidentinin Zəfər Günü münasibətilə Azərbaycana səfəri çərçivəsində keçirilib.
20:02 08.11.2026
Oxunuş sayı: 192