Qazaxda sürücü sükan arxasında ölüb
Qazax rayonunda yük avtomobilinin sürücüsü sükan arxasında dünyasını dəyişib.
Crossmedia.az xəbər verir ki, hadisə rayonun Qazaxbəyli kəndi ərazisində qeydə alınıb.
Belə ki, 65 yaşlı Ş. İsmayılovun idarə etdiyi “KamAZ” markalı yük avtomobilinin sükanı arxasında halı pisləşib. Sürücü elə sükan arxasında dünyasını dəyişib.
İlkin məlumata görə, Ş. İsmayılov infarkt keçirib.
Faktla bağlı araşdırma aparılır.(APA)
18:41 08.11.2026
Oxunuş sayı: 42