Azərbaycan Basketbol Liqası: "Sumqayıt" səfərdə "Gəncə"ni məğlub edib
Azərbaycan Basketbol Liqasında VI turun daha bir oyunu keçirilib.
Crossmedia.az xəbər verir ki, günün ilk görüşündə "Gəncə" "Sumqayıt"ı qəbul edib.
Gəncə İdman Sarayındakı qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 80:76.
Günün ikinci oyununda "Naxçıvan" "LANDAU Lions"la üz-üzə gəlir.
Xatırladaq ki, turun əvvəlki matçlarında "Sabah" "Ordu"nu (93:81), "Neftçi" NTD-ni (82:63) məğlub edib.
17:29 08.11.2026
Oxunuş sayı: 20