NATO ölkələrinin Ukraynaya yardımı üçün 7 milyard avro çatışmır
NATO ölkələri Ukraynaya maliyyə yardımı göstərilməsi üçün nəzərdə tutulan vəsaitdə 7 milyard avro çatışmazlığı ilə üzləşib.
Crossmedia.az xəbər verir ki, "TASS" bu barədə “Politico” nəşrinə istinadən məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, vəsait çatışmazlığının hansı səbəbdən yarandığı hələlik məlum deyil. Lakin bu vəziyyət Kiyevin ehtiyac duyduğu hərbi texnikanın alınmasını çətinləşdirə bilər.
“Politico” qeyd edir ki, Ukraynanın əsas maliyyə dəstəkçilərinə çevrilən bir sıra Avropa ölkələri getdikcə daha böyük maliyyə çətinlikləri ilə üzləşirlər. NATO-nun adı açıqlanmayan diplomatı nəşrə bildirib ki, Ukraynaya əhəmiyyətli maliyyə dəstəyi göstərən alyans üzvləri bundan yorulublar.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski ilin sonunadək əlavə 70 milyard avro maliyyə vəsaitinə ehtiyac yarandığını açıqlayıb. Avropa İttifaqının mövcud planlarına əsasən, bu məbləğin təxminən 46 milyard avrosunu qurumun özü təmin etməlidir. Çatışmazlığın bir hissəsinin Avropada dondurulmuş Rusiya suveren aktivlərindən əldə olunan gəlirlər hesabına qarşılanması nəzərdə tutulurdu. Lakin Avropa Komissiyasının sənədlərinə görə, həmin aktivlərdən illik gəlirlər cəmi bir neçə milyard avro təşkil edir.
15:37 08.11.2026
Oxunuş sayı: 47