Tolstoy: Avropa Ukrayna münaqişəsində uduzan tərəflər sırasında yer alır
Crossmedia.az xəbər verir ki, TASS bu barədə Rusiya Dövlət Dumasının Beynəlxalq məsələlər komitəsinin sədri Pyotr Tolstoyun açıqlamasına istinadən məlumat yayıb.
“Avropa coğrafi mövqeyinə görə, əlbəttə ki, müəyyən yer tutur. Lakin münaqişənin ilk günündən Ukrayna ilə həmrəylik nümayiş etdirdiyinə və faktiki olaraq onunla birləşdiyinə görə, hazırda müharibədə məğlub tərəflər sırasında yer alır. Məğlub olanların müharibənin necə başa çatmalı olduğu məsələsində mövqeyi prioritet deyil”, – deyə deputat müsahibəsində bildirib.
Qeyd edək ki, Pyotr Tolstoy “Vahid Rusiya” partiyasının üzvüdür.
11:47 08.11.2026
Oxunuş sayı: 53