10 ildən sonra ən çox tələb olunacaq peşələr açıqlanıb
Rusiya Hökuməti yanında Maliyyə Universitetinin dosenti Balınin TASS-a açıqlamasında qarşıdakı 10 ildə əmək bazarında ən çox tələbat görəcək peşələrin adlarını açıqlayıb.
Crossmedia.az xəbər verir ki, gələcəkdə ən çox tələb olunan peşələr sırasında mühəndis, maşınqayırma konstruktoru, tornaçı, dar ixtisas üzrə ixtisaslaşmış tibb işçisi, eləcə də kibertəhlükəsizlik və dələduzluğa qarşı mübarizə üzrə mütəxəssislər yer alacaq.
Dosent qeyd edib ki, qarşıdakı 10 ildə geniş dünyagörüşünə malik, eyni zamanda bir neçə sahə üzrə yüksək səviyyədə bacarıqları olan mütəxəssislərə tələbat artacaq.
10:39 08.11.2026
Oxunuş sayı: 32