Ukrayna Silahlı Qüvvələrinin iyirmidən çox PUA-sı Rusiya üzərində vurulub
Rusiya hava hücumundan müdafiə qüvvələri bir gün ərzində ölkənin dörd regionunda Ukraynaya məxsus 28 pilotsuz uçuş aparatının (PUA) vurulduğunu iddia edib.
Crossmedia.az xəbər verir ki, “TASS” bu barədə Rusiya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Rusiya hərbi qurumunun məlumatına görə, Moskva vaxtı ilə saat 08:00-dan 20:00-dək Belqorod, Bryansk, Kursk və Oryol vilayətlərinin hava məkanında 28 PUA aşkarlanaraq ələ keçirilib və məhv edilib.
Qeyd edək ki, daha əvvəl Rusiya Müdafiə Nazirliyi 24 saat ərzində Ukraynaya məxsus təyyarə tipli 903 pilotsuz uçuş aparatının vurulduğunu açıqlamışdı.
Digər tərəfdən, Rusiya Silahlı Qüvvələrinin Ukraynaya onlarla raket və 200-ə yaxın dronla zərbə endirdiyi bildirilir. Məlumata görə, hücumun əsas istiqaməti Kiyev və Kiyev vilayəti olub.
01:00 08.11.2026
Oxunuş sayı: 29