Trampın yaxın çevrəsində pullu paylaşım qalmaqalı
ABŞ Prezidenti Donald Trampın yaxın müttəfiqlərindən olan Laura Lumerin “X” platformasında siyasi məzmunlu paylaşımlarına görə 60 min dollardan çox ödəniş aldığı iddia edilir.
Crossmedia.az xəbər verir ki, “The Washington Post” bu barədə məlumat yayıb.
Nəşrin mənbələrinin bildirdiyinə görə, Lumer hər paylaşım üçün 3-5 min dollar tələb edib. Bəzi müştərilərin onun Ağ Evdəki əlaqələrindən istifadə edərək Trampa təsir göstərməyə çalışdığı da iddia olunur.
Trampın keçmiş seçki kampaniyası müşaviri Aleks Bryuzevits siyasi məzmunlu mesajların yayılması üçün Lumera ödəniş etdiyini təsdiqləyib.
Lumer isə sosial şəbəkədə paylaşım etmək müqabilində pul alması barədə iddiaları təkzib edib. O, gördüyü işin araşdırma və məsləhət xidmətlərindən ibarət olduğunu bildirib.
22:10 07.11.2026
Oxunuş sayı: 29