Krakovdakı atışma ilə bağlı yeni məlumat: Şübhəli Polşa vətəndaşıdır
Polis Krakovda baş verən atışmanın şübhəlisinin Polşa vətəndaşı olduğunu açıqlayıb və hadisədə ikinci şəxsin iştirak etməsi ilə bağlı məlumatları təkzib edib.
Crossmedia.az xəbər verir ki, “The Independent” nəşri bu barədə məlumat yayıb.
Polşanın Krakov şəhər polisinin açıqlamasına görə, hadisənin yeganə məlum şübhəlisi saxlanılıb. Hüquq-mühafizə orqanları onunla yanaşı başqa şəxsin axtarışda olması barədə yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib.
Qeyd edək ki, ilkin məlumatlarda hadisədə əlavə şəxslərin və qanunsuz silahlarla əlaqəli əcnəbilərin də iştirak edə biləcəyi ehtimalı irəli sürülmüşdü. Lakin polis bu iddiaları təsdiqləməyib.
21:04 07.11.2026
Oxunuş sayı: 34