Avstraliyada yaşayan azərbaycanlılar Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik ediblər
Avstraliya Azərbaycan Assosiasiyaları Birliyi (AAA) 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrik bəyanatı ünvanlayıb.
Crossmedia.az xəbər verir ki, birliyin 7 noyabr 2026-cı il tarixli bəyanatında 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı tarixi Qələbənin əhəmiyyəti vurğulanıb.
Bəyanatda qeyd olunub ki, Müzəffər Azərbaycan Ordusu müasir müharibə taktikası və qəhrəmanlığı ilə 30 ilə yaxın işğal altında qalan Azərbaycan torpaqlarını azad edərək dünya hərb tarixinə mühüm hadisə kimi düşən Zəfərə imza atıb.
Avstraliya Azərbaycan Assosiasiyaları Birliyi Azərbaycanın Prezidenti, Ali Baş Komandan İlham Əliyevi, qəhrəman Azərbaycan Ordusunu və dünyanın müxtəlif ölkələrində yaşayan 55 milyonluq Azərbaycan xalqını bu əlamətdar gün münasibətilə təbrik edib.
16:16 07.11.2026
Oxunuş sayı: 36