CROSSMEDIA - Analitik İnformasiya Portalı

Son xəbərlər

Bakıda bu yollarda sıxlıq var –

18:07 15.10.2026 Cəmiyyət

Bakıda bu yollarda sıxlıq var – SİYAHI

Rahid Ələkbərli bu mərkəzə

18:04 15.10.2026 Cəmiyyət

Rahid Ələkbərli bu mərkəzə direktor təyin edildi

Asiya Açıq Turnirində Azərbaycanı 28 cüdoçu təmsil edəcək

18:02 15.10.2026 İdman

Asiya Açıq Turnirində Azərbaycanı 28 cüdoçu təmsil edəcək

Naxçıvanın Nazirlər Kabinetinə

17:59 15.10.2026 Cəmiyyət

Naxçıvanın Nazirlər Kabinetinə yeni səlahiyyət verildi

UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu bəlli olub

17:58 15.10.2026 İdman

UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu bəlli olub

SOCAR ilə Şri-Lanka şirkətləri arasında enerji sektorunda əməkdaşlıq imkanları dəyərləndirilib

17:55 15.10.2026 İqtisadiyyat

SOCAR ilə Şri-Lanka şirkətləri arasında enerji sektorunda əməkdaşlıq imkanları dəyərləndirilib

Bilgəhdə avtomobil aşıb,

17:43 15.10.2026 Cəmiyyət

Bilgəhdə avtomobil aşıb, iki nəfər ölüb

AMEA-da “Türk dövlətlərində koqnitiv dilçiliyin bugünü və gələcəyi” adlı I beynəlxalq simpozium keçirilir

17:38 15.10.2026 Elm və təhsil

AMEA-da “Türk dövlətlərində koqnitiv dilçiliyin bugünü və gələcəyi” adlı I beynəlxalq simpozium keçirilir

Ukraynadan Rusiyanın hərbi aerodromuna ağır zərbə:

17:33 15.10.2026 Xarici xəbərlər

Ukraynadan Rusiyanın hərbi aerodromuna ağır zərbə: 6 döyüş təyyarəsi vurulub

Məhkəmə Saleh Səmədova

17:25 15.10.2026 Cəmiyyət

Məhkəmə Saleh Səmədova 8 il həbs cəzası verdi

Lisandro Martines "Mançester Yunayted"lə müqavilə müddətini yeniləməyəcək

17:22 15.10.2026 İdman

Lisandro Martines "Mançester Yunayted"lə müqavilə müddətini yeniləməyəcək

Qəzənfər Paşayev: Kaş bizim vaxtımızda da vahid məktəbli geyimi olardı

17:15 15.10.2026 Cəmiyyət

Qəzənfər Paşayev: Kaş bizim vaxtımızda da vahid məktəbli geyimi olardı

Hərbi vəzifəlilərin təlimindən yeni görüntülər

17:13 15.10.2026 Gündəm

Hərbi vəzifəlilərin təlimindən yeni görüntülər

Pakistanın Misirdəki səfiri azərbaycanlı tədqiqatçı-alimi təltif edib

17:10 15.10.2026 Diaspor

Pakistanın Misirdəki səfiri azərbaycanlı tədqiqatçı-alimi təltif edib

141 məktəb bağlandı -

17:00 15.10.2026 Avropa

141 məktəb bağlandı - Fransa uçuruma yuvarlanır

Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub

16:56 15.10.2026 Mədəniyyət

Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub

Rafinya "Barselona"nın məşqlərinə qayıdıb

16:50 15.10.2026 İdman

Rafinya "Barselona"nın məşqlərinə qayıdıb

Zelenskinin istefası heç nəyi dəyişməyəcək -

16:50 15.10.2026 Çarpaz baxış

Zelenskinin istefası heç nəyi dəyişməyəcək - Zərdüşt Əlizadə ilə müsahibə

47 min yeni iş yeri açılacaq  –

16:45 15.10.2026 İqtisadiyyat

47 min yeni iş yeri açılacaq – Ekspertdən diqqətçəkən açıqlama

Gənc əsgər

16:44 15.10.2026 Cəmiyyət

Gənc əsgər vəfat etdi

İrandan Azərbaycana 16 kq narkotik keçirmək istədilər

16:39 15.10.2026 Cəmiyyət

İrandan Azərbaycana 16 kq narkotik keçirmək istədilər

Çaqqal sakinlərə hücum edib, 3 nəfər xəsarət alıb

16:36 15.10.2026 Cəmiyyət

Çaqqal sakinlərə hücum edib, 3 nəfər xəsarət alıb

BMT və AQEM qlobal çağırışların həlli üçün əməkdaşlığı gücləndirir

16:32 15.10.2026 Cəmiyyət

BMT və AQEM qlobal çağırışların həlli üçün əməkdaşlığı gücləndirir

"Liverpul"un gənc futbolçusu Luis Kumas Stiven Cerrardın göstəricisini təkrarlayıb

16:30 15.10.2026 İdman

"Liverpul"un gənc futbolçusu Luis Kumas Stiven Cerrardın göstəricisini təkrarlayıb

Zahid Oruc: Zəfərdən sonra Orta Dəhliz Azərbaycanın strateji prioritetinə çevrilib

16:30 15.10.2026 Cənubi Qafqaz

Zahid Oruc: Zəfərdən sonra Orta Dəhliz Azərbaycanın strateji prioritetinə çevrilib

Başqalarının xoşbəxtliyi niyə bizi bədbəxt edir?

16:15 15.10.2026 Cəmiyyət

Başqalarının xoşbəxtliyi niyə bizi bədbəxt edir?

İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

16:14 15.10.2026 Gündəm

İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb

16:13 15.10.2026 Gündəm

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb

Rafinya "Barselona"nın məşqlərinə qayıdıb

16:06 15.10.2026 İdman

Rafinya "Barselona"nın məşqlərinə qayıdıb

Misir AQEM-in Asiyada dialoq platforması kimi rolunun inkişaf etdirilməsinə çağırıb

16:00 15.10.2026 Cəmiyyət

Misir AQEM-in Asiyada dialoq platforması kimi rolunun inkişaf etdirilməsinə çağırıb

Trampın İrana zərbə planı Yaxın Şərqi alovlandıracaq -

16:00 15.10.2026 Amerika

Trampın İrana zərbə planı Yaxın Şərqi alovlandıracaq - Ekspert

Vüqar Rəhimzadə: Azərbaycanın artan qlobal nüfuzu Avrasiya məkanında yeni əməkdaşlıq imkanları yaradır

15:51 15.10.2026 Cəmiyyət

Vüqar Rəhimzadə: Azərbaycanın artan qlobal nüfuzu Avrasiya məkanında yeni əməkdaşlıq imkanları yaradır

Azərbaycanla Qazaxıstan arasında iki sənədin mübadiləsi olub

15:50 15.10.2026 Prezidentin gündəliyi

Azərbaycanla Qazaxıstan arasında iki sənədin mübadiləsi olub

İlham Əliyev: Trans-Xəzər Fiber-Optik Kabel Xətti Mərkəzi Asiya ilə Azərbaycan arasında əməkdaşlığı gücləndirir

15:47 15.10.2026 Prezidentin gündəliyi

İlham Əliyev: Trans-Xəzər Fiber-Optik Kabel Xətti Mərkəzi Asiya ilə Azərbaycan arasında əməkdaşlığı gücləndirir

Loqo dəbdəbəsi: Borcla alınan saxta status

15:45 15.10.2026 Cəmiyyət

Loqo dəbdəbəsi: Borcla alınan saxta status

Nazir: Azərbaycanın AQEM-ə sədrliyi dövründə müəyyən etdiyi prioritetlər BƏƏ-nin baxışları ilə üst-üstə düşür

15:43 15.10.2026 Cəmiyyət

Nazir: Azərbaycanın AQEM-ə sədrliyi dövründə müəyyən etdiyi prioritetlər BƏƏ-nin baxışları ilə üst-üstə düşür

Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər

15:40 15.10.2026 Prezidentin gündəliyi

Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər

Mətbuat Şurası İdarə Heyətinin üzvlüyünə 46 nəfərin namizədliyi irəli sürülüb

15:38 15.10.2026 Cəmiyyət

Mətbuat Şurası İdarə Heyətinin üzvlüyünə 46 nəfərin namizədliyi irəli sürülüb

Artıq yaşlı insanlar övlad kirayələyə biləcək

15:30 15.10.2026 Cəmiyyət

Artıq yaşlı insanlar övlad kirayələyə biləcək

Şri-Lankanın XİN başçısı Azərbaycanın sədrliyi ilə AQEM-in tərəqqisini qeyd edib

15:25 15.10.2026 Cəmiyyət

Şri-Lankanın XİN başçısı Azərbaycanın sədrliyi ilə AQEM-in tərəqqisini qeyd edib

Azərbaycan Güləş Federasiyası fizioterapiya ixtisası üzrə tələbələrin işə qəbuluna başlayıb

15:24 15.10.2026 İdman

Azərbaycan Güləş Federasiyası fizioterapiya ixtisası üzrə tələbələrin işə qəbuluna başlayıb

Fələstinin XİN başçısı: Sülhə nail olmaq üçün BMT TŞ-nin qətnamələrinin həyata keçirilməsini tələb edirik

15:20 15.10.2026 Cəmiyyət

Fələstinin XİN başçısı: Sülhə nail olmaq üçün BMT TŞ-nin qətnamələrinin həyata keçirilməsini tələb edirik

Lavrov Azərbaycana AQEM-ə sədrliyində uğurlar arzulayıb

15:15 15.10.2026 Cəmiyyət

Lavrov Azərbaycana AQEM-ə sədrliyində uğurlar arzulayıb

DAHA ÇOX XƏBƏR

Humanitar

17:38 15.10.2026

AMEA-da “Türk dövlətlərində koqnitiv dilçiliyin bugünü və gələcəyi” adlı I beynəlxalq simpozium keçirilir

145

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında AMEA-nın Rəyasət Heyəti və Nəsimi adına Dilçilik İnstitutunun birgə təşkilatçılığı ilə “Türk dövlətlərində koqnitiv dilçiliyin bugünü və gələcəyi” adlı I beynəlxalq simpoziumun açılış mərasimi keçirilib. Tədbiri giriş nitqi ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli qonaqları salamlayaraq simpoziumun elmi əhəmiyyətindən və dilçilik elminin türk dünyasında inkişaf perspektivlərindən bəhs edib. O, Prezident İlham Əliyevin türk dünyasının birliyinin möhkəmləndirilməsi, türk dövlətləri arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində müəyyən etdiyi strateji xəttə uyğun olaraq, ölkəmizdə bu sahədə çoxsaylı tədbirlərin həyata keçirildiyini söyləyib. Akademik İsa Həbibbəyli qeyd edib ki, koqnitiv dilçilik bir sıra ölkələrdə geniş tədqiq olunsa da, türk dünyasında bu sahənin inkişafı və elmi potensialının gücləndirilməsi qarşıda duran mühüm vəzifələrdəndir. Bu baxımdan simpoziumun keçirilməsi türk dövlətlərindən olan alimlər arasında əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsinin aparılması və koqnitiv dilçilik üzrə birgə tədqiqatların təşviqi baxımından önəmlidir. Tədbirin mühüm təşəbbüslərindən biri də bu sahədə çalışan tədqiqatçıların fəaliyyətini əlaqələndirəcək, türk dövlətlərinin alimlərini bir araya gətirəcək müvafiq elmi qurumun yaradılmasının nəzərdə tutulmasıdır. AMEA prezidenti belə bir qurumun yaradılmasının türk dövlətlərində koqnitiv dilçiliyin inkişafına, alimlərin səylərinin birləşdirilməsinə və ortaq elmi layihələrin həyata keçirilməsinə töhfə verəcəyinə əminliyini ifadə edib. O, Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” fikrinin türk dünyasının elmi və mədəni əməkdaşlığı baxımından da xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Akademik İsa Həbibbəyli simpoziumun elmi əhəmiyyəti ilə yanaşı, ictimai-siyasi baxımdan da mühüm məna daşıdığını deyərək, tədbirin türk xalqları arasında birliyin və həmrəyliyin möhkəmlənməsinə xidmət etdiyini bildirib. Sonra Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli çıxış edərək türk xalqlarının ortaq dil və düşüncə irsinin öyrənilməsində koqnitiv dilçiliyin əhəmiyyətini qeyd edib. O, Türk xalqlarının Koqnitiv Dilçilik Mərkəzinin yaradılmasını türk dünyasının intellektual əməkdaşlığının genişləndirilməsi baxımından mühüm təşəbbüs kimi dəyərləndirib. Professor Nadir Məmmədli bildirib ki, koqnitiv dilçilik dilin qrammatik quruluşu ilə yanaşı, onun arxasında dayanan düşüncə modellərinin, anlayışların formalaşma mexanizmlərinin və dil-mədəniyyət əlaqələrinin öyrənilməsinə imkan yaradır. Bu istiqamətdə tədqiqatlar dilçiliklə yanaşı, fəlsəfə, psixologiya, antropologiya və süni intellekt sahələri üçün də əhəmiyyətlidir. İnstitut direktoru vurğulayıb ki, mərkəz türk xalqlarının ortaq düşüncə irsinin tədqiqinə, müxtəlif türk dilləri və mədəniyyətləri arasında elmi əlaqələrin inkişafına xidmət etməklə yanaşı, əldə olunan nəticələrin beynəlxalq elmi ictimaiyyətə təqdim olunmasına da töhfə verə bilər. Dilçilik İnstitutunun şöbə müdiri, professor Mayıl Əsgərov çıxış edərək vurğulayıb ki, koqnitiv və psixolinqvistik yanaşmalar türk dillərində mövcud olan bir sıra məsələlərin daha dərindən öyrənilməsinə, dilin daxili qanunauyğunluqlarının elmi əsaslarla izahına imkan yaradır. Professor Mayıl Əsgərov bildirib ki, türk xalqları arasında ortaq ünsiyyət dilinin formalaşdırılması məsələsi də elmi müzakirələr baxımından əhəmiyyətlidir: “Yaradılacaq mərkəz türk dillərinin qarşılıqlı zənginləşməsinə, ortaq dil xüsusiyyətlərinin müəyyənləşdirilməsinə və türk dövlətləri arasında mədəni-elmi inteqrasiyanın gücləndirilməsinə töhfə verməlidir”. Şöbə müdiri əsas məqsədin mərkəzin nizamnaməsində nəzərdə tutulan vəzifələri həyata keçirməklə türk dillərini elmi əsaslarla daha da yaxınlaşdırmaq olduğunu bildirib. Tədbirdə, həmçinin Türkiyənin Yıldız Teknik Universitetinin prorektoru, professor Vatan Karakaya, Bakı Avrasiya Universitetinin rektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Səyavuş Qasımov, Türkiyənin Hacı Bayram Veli Universitetinin xarici əlaqələr üzrə koordinatoru, professor Güljanat Kurmangaliyeva Ercilasun, Əl Farabi adına Qazaxıstan Milli Universitetinin nümayəndəsi, professor Janar İbrayeva, Türkiyənin Ege Universitetinin əməkdaşı, professor İbrahim Şahin, eləcə də Atatürk Universitetinin professoru Süleyman Efendioğlu çıxış ediblər. Natiqlər türk dillərinin öyrənilməsi və inkişafı, koqnitiv dilçilik sahəsində elmi tədqiqatların genişləndirilməsi, türk dövlətləri arasında akademik əməkdaşlığın gücləndirilməsi və ortaq elmi platformaların yaradılmasının əhəmiyyətini vurğulayıblar. Çıxış edənlər simpoziumun türk dünyasında dilçilik tədqiqatlarının yeni istiqamətlərinin müəyyənləşdirilməsi və beynəlxalq elmi əlaqələrin inkişafı baxımından böyük önəm daşıdığını bildiriblər. Tədbirdə Ə.Baytursunlu adına Qazaxıstan Dilçilik İnstitutunun direktoru Anar Fazılcanın videomüraciəti də səsləndirilib. Daha sonra “Türk Dövlətlərinin Koqnitiv Dilçilik Mərkəzi” adlı beynəlxalq elmi-tədqiqat assosiasiyasının yaradılması elan olunub. Mərkəzin həmtəsisçilərinə “Ortaq Qurucu sertifikatı” təqdim olunub. “Türk dövlətlərində koqnitiv dilçiliyin bu günü və gələcəyi” adlı I beynəlxalq simpozium öz işini bölmə iclasları ilə davam etdirib. İki gün davam edəcək tədbirdə “İnternet konseptinin metaforik modelləri (Azərbaycan və Türkiyə türkcəsi materialları əsasında)”, “Azərbaycan dilində diskurs markerləri: sintatik quruluş və kommunikativ funksiya”, “Paralinqvistik şərtləndirməli feazeoloji vahidlərin mədəniyyətlə bağlılığı”, “Dil” konsepti ilə bağlı bəzi metaforlar”, “Koqnitiv dilçilikdə ifadə tərzlərinin fərqliliyi”, “Türk dillərində koqnitiv freymlərin struktur analizi” və digər mövzularda məruzələr dinləniləcək.

Dünya

141 məktəb bağlandı - Fransa uçuruma yuvarlanır

17:00 15.10.2026 60
141 məktəb bağlandı -

Fransada sentyabr ayının ortalarından başlayan şagird etirazları okullardakı müəllim çatışmazlığı, siniflərin həddindən artıq dolu olması və təhsil müəssisələrinin yararsız vəziyyəti ilə bağlı narazılıqları ölkə gündəminə gətirib. Etirazlar Paris ətrafından başlayaraq ölkənin müxtəlif şəhərlərinə yayılıb, məktəblərin blokadaya alınması və polis müdaxilələri ilə müşayiət olunub.

Zahid Oruc: Zəfərdən sonra Orta Dəhliz Azərbaycanın strateji prioritetinə çevrilib

16:30 15.10.2026 66
Zahid Oruc: Zəfərdən sonra Orta Dəhliz Azərbaycanın strateji prioritetinə çevrilib

Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşünün keçirilməsi Azərbaycan Respublikasının həyata keçirdiyi müstəqil, çoxşaxəli və təşəbbüskar xarici siyasətin növbəti böyük təzahürüdür. Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən bu möhtəşəm tədbirdə Laos Xalq Demokratik Respublikasının təşkilata yeni üzv kimi qəbul edilməsi AQEM-in Avrasiya məkanında inklüziv dialoq platforması olaraq artan nüfuzunu bir daha sübut etdi.

Trampın İrana zərbə planı Yaxın Şərqi alovlandıracaq - Ekspert

16:00 15.10.2026 66
Trampın İrana zərbə planı Yaxın Şərqi alovlandıracaq -

ABŞ-nin İrana qarşı müharibə ritorikası və hərbi planları beynəlxalq gündəmin ən kritik mövzusuna çevrilib. Vaşinqtonun Tehranın enerji infrastrukturu və nüvə obyektlərini, o cümlədən Natanz yaxınlığında, Kolang-Qaz-La dağının altında yerləşən strateji məntəqələri vurmaq üçün arsenalındakı ən güclü qeyri-nüvə silahı olan — 9,5 tonluq GBU-43/B (“bütün bombaların anası” – MOAB) aviasiya bombasından istifadə variantını nəzərdən keçirməsi gərginliyi pik həddə çatdırıb.

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR