Peruda tarixi bina Azərbaycan bayrağının rənglərinə bürünüb
Azərbaycan Respublikasının 8 Noyabr – Zəfər Günü münasibətilə Perunun paytaxtı Limada şəhər meriyasının tarixi binası Azərbaycan Dövlət Bayrağının rəngləri ilə işıqlandırılıb.
Bu barədə Crossmedia.az-a Azərbaycanın Perudakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Limanın tarixi mərkəzində, Silahlar meydanında yerləşən meriya binasının Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılması iki ölkə arasında dostluq və həmrəyliyin rəmzi ifadəsidir.
Qeyd edək ki, Meriya binası üç gün ərzində Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılacaq.
13:25 07.11.2026
Oxunuş sayı: 39