Budanov sülh danışıqlarından böyük nəticə gözləmir
Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov Əbu-Dabidə keçiriləcək üçtərəfli danışıqların sonuncu görüş olmayacağını və yekun nəticə gözləmədiyini bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə “CBS News” məlumat yayıb.
Budanov bildirib ki, o, sülh danışıqlarında Ukrayna nümayəndə heyətinə rəhbərlik edəcək. Onun sözlərinə görə, qarşıdakı görüşdən ciddi irəliləyiş gözləməsə də, Rusiya ilə Ukrayna arasında danışıqların keçirilməsi özü müəyyən irəliləyiş hesab oluna bilər.
“Bir daha təkrar edirəm ki, bu danışıqlar nə sonuncudur, nə də yekun xarakter daşıyır. Müzakirə edəcəyimiz əsas məsələ müharibənin dayandırılmasına hazır olmağın davam etdirilməsidir. Nəyə nail olacağımıza gəlincə, bu suala cavab verməkdən çəkinəcəyəm”, – Budanov deyib.
10:30 07.11.2026
Oxunuş sayı: 38