Azərbaycanın İndoneziyadakı səfirliyində Zəfər Günü ilə əlaqədar tədbir keçirilib
Azərbaycanın İndoneziyadakı səfirliyi 8 Noyabr - Zəfər Günü ilə əlaqədar tədbir təşkil edib.
Crossmedia.az xəbər verir ki, bu barədə səfirliyin "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
Tədbir zamanı şəhidlərin xatirəsi yad edilib, onların mərdliyinə və fədakarlığına ehtiram göstərilib, həmçinin Azərbaycan xalqının mətanəti və birliyi qeyd olunub.
09:27 07.11.2026
Oxunuş sayı: 42