Almaniya sakinlərə 10 günlük ərzaq ehtiyatı toplamağı tövsiyə edir
Almaniyanın Əhalinin Müdafiəsi və Fəlakətlərə Yardım üzrə Federal İdarəsi (BBK) sakinləri hərbi münaqişələr, elektrik kəsintiləri, daşqınlar və təchizatda yaranan fasilələr ehtimalına qarşı evdə ərzaq ehtiyatı yaratmağa çağırıb.
Crossmedia.az xəbər verir ki, tövsiyələrə əsasən, qida məhsulları ən azı 10 günə yetəcək həcmdə olmalıdır.
Almaniyanın aidiyyəti xidmətləri qida və su ilə yanaşı, daxilində tibbi çanta, zəruri dərmanlar, sənədlər, fənər, batareyalar, nağd pul, isti geyim və gigiyena vasitələri olan təxliyə çantasının da hazırlanmasını məsləhət görür. Ev heyvanları sahiblərinə isə onlar üçün ayrıca yem ehtiyatı görmək tövsiyə olunur.
22:11 06.11.2026
Oxunuş sayı: 57