Sibiqa: Ukrayna Rusiyaya uzaqmənzilli zərbələr endirməyə davam edəcək
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ölkəsinin Rusiyaya qarşı uzaqmənzilli zərbələr endirməyə davam edəcəyini bildirib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
O qeyd edib ki, Ukraynanın zərbə imkanlarının məsafəsi nə qədər artarsa, müharibənin başa çatması da bir o qədər yaxınlaşacaq.
“Ukrayna Rusiyaya uzaq məsafədən zərbələr endirəcək. Ukrayna nə qədər uzağa zərbə endirə bilsə, müharibənin başa çatması da bir o qədər yaxın olacaq”, – deyə Sibiqa vurğulayıb.
21:00 06.11.2026
Oxunuş sayı: 68