Pekin ABŞ-nin Kubaya qarşı sanksiyalarını pisləyib
Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi Qo Tsyakun ABŞ-nin Çin-Kuba əməkdaşlığına müdaxilə etməsinə və Vaşinqtonun birtərəfli sanksiyalar tətbiq etməklə bu əlaqələri pozmaq cəhdlərinə qarşı çıxış edib.
Crossmedia.az xəbər verir ki, ABŞ-nin Kubaya qarşı tətbiq etdiyi son sanksiyalar iki Çin şirkətinə də təsir göstərib.
Çin XİN nümayəndəsinin sözlərinə görə, Pekin və Havana arasındakı əməkdaşlıq "namuslu və qanunidir". O bildirib ki, Çin "beynəlxalq hüquqda heç bir əsası olmayan və BMT Təhlükəsizlik Şurası tərəfindən sanksiyalaşdırılmayan qanunsuz birtərəfli sanksiyalara və sözdə 'ekstraterritorial yurisdiksiya'ya" qətiyyətlə qarşı çıxır.
22:22 06.11.2026
Oxunuş sayı: 56