İranın Ali dini rəhbəri Putindən "S-400" sistemləri tələb edib
İranın Ali Rəhbəri Müctəba Xamenei Rusiya Prezidenti Vladimir Putinə məktub göndərərək "S-400" zenit-raket komplekslərinin tədarük olunmasını xahiş edib.
Crossmedia.az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri məlumat yayıb.
Məktub İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezainin Moskvaya rəsmi səfəri və Rusiya dövlət başçısı ilə görüşü zamanı təqdim edilib. Qəzet qeyd edir ki, Tehran ABŞ və İsrailin sarsıdıcı zərbələrindən sonra öz hava hücumundan müdafiə sistemini bərpa etməyə ümid edir.
23:12 06.11.2026
Oxunuş sayı: 62