Neft maqnatı Con Rokfellerin nəticəsi vəfat edib
Amerikalı siyasətçi və neft maqnatı Con Rokfellerin (1839–1937) nəticəsi IV Con Cey Rokfeller 89 yaşında dünyasını dəyişib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici media resursları məlumat yayıb.
Qeyd edək ki, onun ulu babası Con Rokfeller "Standard Oil" neft sənayesi sindikatının təsisçisi olub və dünyada ilk dollar milyarderlərindən biri kimi tarixə düşüb.
23:53 06.11.2026
Oxunuş sayı: 52