İran və ABŞ nüvə danışıqlarında kompromisə yaxınlaşır
İran nüvə proqramı üzrə danışıqlar aparmağa hazır olduğunu nümayiş etdirir ki, bu da Vaşinqton və Tehran arasında kompromis əldə olunması şanslarını artırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi diplomatik mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, tərəflər müharibənin başa çatdırılması istiqamətində müəyyən irəliləyişə yaxınlaşıblar və Tehran əvvəllər müzakirə olunmayan məsələləri belə nəzərdən keçirməyə razılıq verib. Hazırda İran tərəfi Qətərin nüvə proqramı ilə bağlı təklif etdiyi ideyaları öyrənir.
23:35 06.11.2026
Oxunuş sayı: 58