Rusiyalıların yeni səfərbərlik qorxusu son üç ilin maksimumuna çatıb
"Levada-Tsentr"in keçirdiyi sorğunun nəticələrinə əsasən, rusiyalıların 58%-i yeni səfərbərlik dalğasından narahatlıq keçirir ki, bu da 2023-cü ilin sentyabrından bəri ən yüksək göstəricidir.
Crossmedia.az xəbər verir ki, cəbhəyə məcburi çağırışla bağlı qorxunun mütləq maksimumu (60%) 2022-ci ilin payızında — Kremlin müharibəyə 300 min nəfəri cəlb etdiyi zaman qeydə alınıb.
"Levada-Tsentr"in məlumatına görə, cəmiyyətdə ehtimal olunan səfərbərliyə dəstək səviyyəsi tarixi minimuma enib: sorğuda iştirak edənlərin yalnız 9%-i bunu "zəruri" hesab edir. Bu göstərici 2023-cü ilin sentyabrında 11%, 2022-ci ilin avqustunda isə 18% təşkil edirdi.
Səfərbərliyə ən böyük dəstək kəndlərdə (9%) və ali və ya orta ixtisas təhsili olmayan şəxslər arasında (10%) qeydə alınır. Ən çox narahatlıq keçirənlər isə gənclər (35%), ölkənin "səhv yolla getdiyini" düşünənlər (46%) və informasiyanı "YouTube" vasitəsilə əldə edənlərdir (47%).

23:16 06.11.2026
Oxunuş sayı: 55