Trampı öldürmək istəyən şəxs Ağ Ev yaxınlığında saxlanılıb
ABŞ-də Ağ Ev yaxınlığında Prezident Donald Trampı öldürməklə hədələdiyi iddia edilən şəxs saxlanılıb.
Crossmedia.az xəbər verir ki, ABŞ Məxfi Xidmətinin (Secret Service) əməkdaşları paytaxt Vaşinqtonda, Constitution prospektində park edilmiş avtomobildə şübhəli davranış nümayiş etdirən şəxsi aşkar ediblər.
Əməkdaşlar həmin şəxsə yaxınlaşaraq onu dindiriblər. Venesuela vətəndaşı olduğu bildirilən şübhəli başının içindəki səslərin ona Vaşinqtona gedərək ABŞ Prezidenti Donald Trampı öldürməyi söylədiyini iddia edib.
Daha sonra avtomobildə axtarış aparılıb. Nəticədə nəqliyyat vasitəsinin oğurlandığı müəyyən edilib. Avtomobildən bir ədəd AR-15 tipli tüfəng, iki tapança və çoxsaylı patronlar aşkarlanaraq götürülüb.
ABŞ Daxili Təhlükəsizlik Nazirliyi şübhəlinin ölkəyə qanunsuz yollarla daxil olmuş miqrant olduğunu bildirib.
09:39 07.11.2026
Oxunuş sayı: 42