"Anthropic"in trilyonluq birja planı sual altındadır
"Anthropic" süni intellekt startapının çoxdan gözlənilən IPO-su (səhmlərin ilk kütləvi təklifi) öncəsi potensial investorlar şirkətin gələn həftə planlaşdırılan roadşouya (təqdimat kampaniyası) və noyabr ayında birjaya çıxışa çatacağına dair şübhələrini bildiriblər.
Crossmedia.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi investor müzakirələri ilə tanış olan dörd mənbəyə istinadən məlumat yayıb.
Investorlar səhmlərin daha cəlbedici qiymətlə təklif olunmasını tələb edirlər. Bir çoxları son müzakirə olunan 1,5 trilyon dollarlıq qiymətləndirməni gözləntilərin ən yuxarı həddi hesab edirlər. Müzakirələr texnologiya səhmlərinin son bir ildəki ən kəskin enişi və geosiyasi qeyri-müəyyənlik fonunda baş verir.
Qeyd edək ki, "Anthropic" tərəfi investorların bu şübhələri ilə bağlı şərh verməkdən imtina edib.
06:00 07.11.2026
Oxunuş sayı: 21