ABŞ vitse-prezidenti İranla razılaşma üçün iki həftədir danışıqlar aparır
ABŞ-nin vitse-prezidenti Cey Di Vensin İranla yeni atəşkəsə nail olmaq və nüvə danışıqlarını yenidən başlatmaq məqsədilə son iki həftə ərzində dolayı danışıqlarda iştirak etdiyi iddia olunur.
Crossmedia.az “Axios” xəbər platformasına istinadən xəbər verir ki, Vens İranla danışıqları davam etdirir.
Məlumata əsasən, vitse-prezident Qətərin Baş naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al Tani, Pakistanın Baş Qərargah rəisi, marşal Asim Munir və digər vasitəçilər üzərindən İran tərəfi ilə demək olar ki, hər gün əlaqə saxlayıb.
ABŞ Prezidenti Donald Trampın nümayəndələri Stiv Uitkoff və Cared Kuşner də bu prosesdə iştirak ediblər.
Mənbələr bildiriblər ki, Vens və vasitəçilər yaxın günlərdə tərəflər arasında texniki səviyyədə işçi görüşünün keçirilməsi imkanını müzakirə ediblər. Lakin belə bir görüş hələ baş tutmayıb.
Məlumata görə, iki həftə əvvəl Vens İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzaiyə məktub göndərərək birbaşa danışıqlara qayıtmağı təklif edib.
İran rəsmiləri həmin məktubun danışıqlar prosesində müsbət dinamika yaratdığını bildiriblər.
09:12 07.11.2026
Oxunuş sayı: 43