Azərbaycan Basketbol Liqası: "Neftçi" bu gün NTD ilə qarşılaşacaq
Azərbaycan Basketbol Liqasının VI turunda bu gün daha bir matç keçiriləcək.
Crossmedia.az-ın məlumatına görə, ikinci oyun günündə "Neftçi" və NTD kollektivləri üz-üzə gələcəklər.
Görüş Milli Gimnastika Arenasında, saat 15:00-da start götürəcək.
Qeyd edək ki, turun ilk qarşılaşmasında "Sabah" "Ordu" kollektivini 91:83 hesabı ilə məğlub edib. Tura noyabrın 8-də yekun vurulacaq.
10:13 07.11.2026
Oxunuş sayı: 43