Bayram günlərində “ASAN xidmət” işləməyəcək
"ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərində noyabrın 8 və 9-u qeyri-iş günü olacaq.
Bu barədə Crossmedia.az-a Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, qeyri-iş günləri Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədardır.
Noyabrın 10-dan etibarən isə vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.
10:56 07.11.2026
Oxunuş sayı: 45