Məşhur aktrisa Lidiya Fedoseyeva-Şukşina vəfat edib
Rusiyanın tanınmış aktrisası, RSFSR-in Xalq artisti Lidiya Fedoseyeva-Şukşina 88 yaşında vəfat edib.
Crossmedia.az xəbər verir ki, bu barədə aktrisanın qızı Mariya Şukşina məlumat yayıb.
Bildirilib ki, aktrisa təxminən iki həftə yarım xəstəxanada müalicə alıb. Ürək-damar sistemi ilə bağlı problemlər səbəbindən onun səhhəti getdikcə pisləşib.
Sənətçi həyatının son günlərini reanimasiya şöbəsində, süni tənəffüs aparatına qoşulmuş vəziyyətdə keçirib.
Qeyd edək ki, Lidiya Fedoseyeva-Şukşina oktyabrın 14-də ürək problemləri səbəbindən Moskvada xəstəxanaya yerləşdirilib.
14:05 07.11.2026
Oxunuş sayı: 32