ABŞ-nin sabiq vitse-prezidenti Tramp barədə xəbərdarlıq etdi
ABŞ-nin sabiq vitse-prezidenti Kamala Harris Prezident Donald Trampın davranışlarını sərt tənqid edərək onun qərarlarının narahatlıq doğurduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, Harris bu fikirləri 2026-cı il aralıq seçkilərinin nəticələrini müzakirə etdiyi “Clock It” proqramında səsləndirib.
Sabiq vitse-prezident Trampı qeyri-sabit və düşünülməmiş qərarlar qəbul edən siyasətçi kimi xarakterizə edib.
“Biz bilirik ki, o, qeyri-sabitdir. Bilirik ki, məsuliyyətsiz davranır. O, əslində, yaxın çevrəsindən kənarda olan insanların rifahına o qədər də əhəmiyyət vermir”, – deyə Harris iddia edib.
O, Trampın gələcək davranışlarına qarşı hazırlıqlı olmağın vacibliyini vurğulayıb.
“Biz ayıq-sayıq və hazırlıqlı olmalıyıq. Onun adəti üzrə nəzarətdən çıxacağı təqdirdə bunu gözlənilməz hadisə kimi qəbul etməməliyik”, – deyə Harris bildirib.
Kamala Harris Trampın prezident səlahiyyətlərindən necə istifadə edəcəyi ilə bağlı narahatlığını da ifadə edib.
Onun sözlərinə görə, Trampın səlahiyyətləri müəyyən qədər məhdudlaşdırılsa da, həmin səlahiyyətlərdən necə istifadə edəcəyi diqqətlə izlənilməlidir.
13:47 07.11.2026
Oxunuş sayı: 42