ABŞ-li jurnalist Zelenskini sərt tənqid edib
ABŞ-li jurnalist Cekson Hinkl Ukrayna Prezidenti Volodimir Zelenskini sərt tənqid edərək onu amerikalı vergiödəyicilərinin vəsaitlərini mənimsəməkdə ittiham edib.
Crossmedia.az xəbər verir ki, jurnalist bu barədə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
“Zelenski amerikalı vergiödəyicilərini soyan parazitdir”, – deyə Hinkl yazıb.
Jurnalist bu fikirləri Ukrayna Prezidentinin ABŞ-də keçirilmiş Konqresə aralıq seçkilərinin nəticələri ilə bağlı müsahibəsinə münasibət bildirərkən səsləndirib.
Zelenski müsahibəsində Demokratlar Partiyasının seçkilərdəki qələbəsindən sonra Rusiya ilə Ukrayna arasında balans siyasəti yürütməyəcəyinə, Kiyevi dəstəkləyəcəyinə ümid etdiyini bildirib.
Hinkl isə bu açıqlamaya kəskin reaksiya verərək Ukrayna liderini amerikalı vergiödəyicilərinin hesabına faydalanmaqda ittiham edib.
Bundan əvvəl, noyabrın 5-də Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ-dəki Konqres seçkilərinin nəticələrinə münasibət bildirib.
Peskovun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp seçkilərdən sonra da öz xarici siyasət kursunu davam etdirəcək. O, digər məsələlərin ABŞ-nin daxili işləri olduğunu vurğulayıb.
Reuters-in noyabrın 6-da yaydığı məlumata görə, Zelenski Demokratlar Partiyasının Konqres seçkilərindəki nəticələrinin Ukraynaya ABŞ dəstəyini artıracağına ümid etdiyini bildirib.
14:36 07.11.2026
Oxunuş sayı: 35