ABŞ-də iki paraşütçü havada toqquşma nəticəsində ölüb
ABŞ-nin Kaliforniya ştatında iki paraşütçü havada toqquşaraq həyatını itirib.
Crossmedia.az xəbər verir ki, hadisə Kaliforniya ştatının Lake Elsinore bölgəsində, eniş zamanı baş verib. Paraşütçülər təxminən 45 metr yüksəklikdə toqquşublar. Toqquşma nəticəsində onların paraşütləri bir-birinə dolaşıb.
Hər iki şəxs ağır xəsarətlər alaraq xəstəxanaya çatdırılıb. Lakin həkimlərin müdaxiləsinə baxmayaraq, onların həyatını xilas etmək mümkün olmayıb.
Skydive Elsinore şirkətinin nümayəndəsi hadisənin qadınlar üçün təşkil edilən təlim düşərgəsi zamanı baş verdiyini bildirib.
Riverside dairəsinin Şerif İdarəsinin nümayəndəsi Deirdre Vickers hadisə ilə bağlı araşdırma aparıldığını qeyd edib. Həlak olan şəxslərin kimliyi açıqlanmayıb.
16:31 07.11.2026
Oxunuş sayı: 44