Krakovda atışma törədən iki nəfər saxlanıldı
Polşanın Krakov şəhərində atışma törədən şəxslərin iki nəfər olduğu müəyyən edilib. Hadisə nəticəsində beş nəfər ölüb, 15 nəfər yaralanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “RİA Novosti” yerli polisə istinadən məlumat yayıb.
Polisin bildirdiyinə görə, hər iki şübhəli saxlanılıb. Onlardan biri yaralanıb.
Polşa mediasının yazdığına görə, polis əməkdaşı hücum edənlərdən birinə yeddi dəfə atəş açıb. Polşa hərbi kamuflyaj geyimində olan həmin şəxs xəstəxanaya çatdırılıb və əməliyyat olunub. Hazırda vəziyyətinin stabil olduğu bildirilir.
Atışma noyabrın 7-də axşam saatlarında Polşanın cənubundakı Krakov şəhərinin mərkəzində baş verib. İlkin məlumatlara görə, dəbilqə və gülləkeçirməz jilet geyinmiş silahlı şəxs qara avtomobillə Mərkəzi meydanına daxil olaraq maşından insanlara atəş açıb.
Daha sonra hadisə yerindən qaçmağa çalışan şübhəli başqa avtomobillə toqquşub. Hadisə zamanı yaralananlar arasında polis əməkdaşlarının da olduğu bildirilir.
20:36 07.11.2026
Oxunuş sayı: 36