Şahin Seyidzadə: 30 il əvvələ baxsaq bugünki gənclərin imkanı daha çoxdur
Azərbaycanın gələcək inkişafı, ilk növbədə, insan kapitalının gücləndirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi və gənclərin dəyişən dünyanın çağırışlarına uyğun hazırlanmasından asılıdır. Qloballaşma, süni intellekt və rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi bir dövrdə ölkələrin rəqabət qabiliyyəti təkcə iqtisadi resurslarla deyil, həm də bilikli, yaradıcı və təşəbbüskar insan potensialı ilə ölçülür. Bu baxımdan Azərbaycan təhsilinin beynəlxalq standartlara uyğunlaşdırılması, gənclərin bilik və bacarıqlarından səmərəli istifadə olunması xüsusi əhəmiyyət daşıyır. Digər tərəfdən, tarixi-mədəni irsin qorunması, Qarabağ və Şərqi Zəngəzurun bərpası, regionların sosial-iqtisadi inkişafı da Azərbaycanın qarşıdakı illər üçün əsas prioritetləri sırasındadır. Bu proseslərdə gənclərin rolunun artırılması, yeni imkanların yaradılması və insan kapitalının inkişafı mühüm əhəmiyyət kəsb edir.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Şahin Seyidzadə ilə söhbətimizdə Azərbaycan təhsilinin gələcəyi, müasir gəncliyin potensialı, süni intellektin yaratdığı yeni reallıqlar, tarixi irsin qorunması, işğaldan azad edilmiş ərazilərdə inkişaf perspektivləri və regionların aktual problemlərini müzakirə etdik.
Müsahibəyə aşaıdakı linklə tanış ola bilərsiniz:
18:15 07.11.2026
Oxunuş sayı: 31