Ağ Ev yaxınlığında Trampa qarşı təhdiddə şübhəli bilinən şəxs saxlanılıb
ABŞ-nin paytaxtı Vaşinqtonda Ağ Evin yaxınlığında Donald Trampa qarşı təhdid səsləndirməkdə şübhəli bilinən Venesuela vətəndaşı saxlanılıb.
Məlumata görə, şübhəli polis əməkdaşlarına başında eşitdiyi səslərin ona Trampı öldürməyi əmr etdiyini bildirib.
Polis avtomobildə üç odlu silah, döyüş sursatı və oğurluq olduğu bildirilən nəqliyyat vasitəsi aşkar edib.
Şübhəli şəxs odlu silah və avtomobillə bağlı ittihamlar üzrə həbsdə saxlanılır. Hadisə ilə bağlı araşdırma davam edir.
21:37 07.11.2026
Oxunuş sayı: 37