Tramp Demokratları hədələməkdə və şantajda ittiham edib
ABŞ Prezidenti Donald Tramp Demokrat Partiyasının nümayəndələrini dövlət rəsmilərinə, Respublikaçılara və partiyanın maliyyə dəstəkçilərinə qarşı təzyiq göstərməkdə ittiham edib.
Crossmedia.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.
O, Demokratların ABŞ-nin baş prokuroru da daxil olmaqla bir sıra şəxsləri impiçment və digər cəzalarla hədələdiyini iddia edib. Trampın sözlərinə görə, bu şəxslərə qarşı irəli sürülən təhdidlərin heç bir hüquqi əsası yoxdur və onların impiçmentə səbəb ola biləcək hərəkətləri qeydə alınmayıb.
ABŞ Prezidenti Demokratların Respublikaçılara və partiyanın tərəfdarlarına maliyyə dəstəyi göstərən şəxsləri də həbs və digər cəzalarla hədələdiyini bildirib. O, bu addımları “şantaj” və hüquq sistemindən siyasi məqsədlərlə istifadə cəhdi kimi qiymətləndirib.
Tramp, həmçinin Miçiqan ştatından olan senator Elissa Slotkinin Respublikaçı dəyərlərini dəstəkləyən gəncləri hədəfə almaq niyyətində olduğunu iddia edib.
Prezident paylaşımında ABŞ Ədliyyə Nazirliyinə məsələni dərhal araşdırmaq barədə göstəriş verdiyini açıqlayıb.
22:35 07.11.2026
Oxunuş sayı: 38