Krakovdakı hücumun ifrat sağçı ideologiyadan qaynaqlandığı bildirilir
Polşanın Krakov şəhərində 6 nəfərin ölümü, 16 nəfərin yaralanması ilə nəticələnən silahlı hücumun şübhəlinin ifrat sağçı ideologiyadan təsirləndiyi ehtimal olunur.
Crossmedia.az xəbər verir ki, Polşanın daxili işlər naziri Marçin Kervinski bu barədə açıqlama verib.
Nazirin sözlərinə görə, hücumda şübhəli bilinən 25 yaşlı Polşa vətəndaşı radikal baxışlara malik olub və hadisə zamanı hərbi təyinatlı silahlardan istifadə edib.
Polis əməkdaşları şübhəlini güllələyib. O, ağır vəziyyətdə xəstəxanada müalicə alır.
23:50 07.11.2026
Oxunuş sayı: 37