Rusiyanın Penzə vilayətində istehsalat binasında yanğın baş verib
Rusiyanın Penzə vilayətində təxminən 1,5 min kvadratmetr sahəni əhatə edən istehsalat binasında yanğın baş verib.
Crossmedia.az xəbər verir ki, “RİA Novosti” bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Yanğın vilayətin Neverkinski rayonunun Bikmoseyevka kəndində qeydə alınıb.
İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb. Hazırda ərazidə 20-dən çox əməkdaş və 13 texnika işləyir.
Qeyd edək ki, noyabrın 7-nə keçən gecə Rostov-na-Donuda yağ və taxta materialları saxlanılan anbarda da yanğın baş verib. Yanğının sahəsi 8 min kvadratmetrə çatıb. Şəhər administrasiyasının məlumatına görə, havada zərərli maddələrin konsentrasiyasının yol verilən həddi aşması qeydə alınmayıb.
Bundan əvvəl, noyabrın 6-da Moskvanın qərbində, Oçakovo-Matveyevskoye rayonunda, General Doroxov küçəsində yerləşən metal qəbulu məntəqəsində yanğın baş verib. Alov 300 kvadratmetr sahəni əhatə edib.
Oktyabrın 31-də isə Leninqrad vilayətində ticarət mərkəzində yanğın qeydə alınıb.
06:00 08.11.2026
Oxunuş sayı: 25