Azərbaycan üzgüçüləri beynəlxalq turnirdə qızıl medallar qazanıblar
Azərbaycan idmançıları bədii üzgüçülük üzrə Macarıstan Kubokunda uğurlu çıxış ediblər.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Üzgüçülük Federasiyasından məlumat verilib.
Turnirdə iştirak etmiş idmançılarımız qızıl medal qazanmağa nail olublar.
Belə ki, yeniyetmələr kateqoriyasında çıxış etmiş Emiliya Məmmədli və Tahirə Hüseynova fəxri kürsün ən yüksək pilləsinə qalxıblar.
Qeyd edək ki, yarışda Almaniya, Çexiya, Qazaxıstan, Macarıstan, Malta və Misir idmançıları da iştirak ediblər.
11:13 08.11.2026
Oxunuş sayı: 43