Rusiya hərbçilərinin qida rasionuna 147 adda ərzaq daxildir
Rusiya hərbçilərinin gündəlik qida rasionunun hazırlanmasında 147 adda ərzaq məhsulundan istifadə olunur.
Crossmedia.az xəbər verir ki, "TASS" bu barədə Rusiya Silahlı Qüvvələrinin arxa təminat idarəsinin rəisi, müdafiə nazirinin müavini, general-polkovnik Valeri Solodçukun “Zvezda” telekanalına açıqlamasına istinadən məlumat yayıb.
Solodçuk bildirib ki, müddətli həqiqi hərbi xidmət keçən hərbçilərə 59 adda geyim və təminat əşyası verilir. Xüsusi hərbi əməliyyat zonasında xidmət edən hərbçilər üçün isə bu göstərici 62-dir.
14:40 08.11.2026
Oxunuş sayı: 34