İspaniyada hərbi təlim zamanı əsgər həlak olub
İspaniyanın Araqon muxtar bölgəsində keçirilən hərbi təlimlər zamanı bir əsgər həyatını itirib.
Crossmedia.az xəbər verir ki, "TASS" bu barədə İspaniya Quru Qoşunlarının “X” sosial şəbəkə hesabında yayımlanan məlumata istinadən xəbər verib.
Bildirilib ki, hadisə “San-Qreqorio” təlim mərkəzində təlim fəaliyyəti zamanı baş verən bədbəxt hadisə nəticəsində qeydə alınıb.
İspaniyanın Müdafiə Nazirliyi də hadisə ilə bağlı başsağlığı verib.
14:36 08.11.2026
Oxunuş sayı: 37